BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında 84 ölkənin rəhbəri iştirak edəcək.
Mediainfo.az saytının verdiyi xəbərə görə, bu barədə mətbuat konfransında qurumun BMT Baş katibi Antoniu Quterriş deyib: “Sessiyanın açılış mərasimində 84 ölkənin dövlət başçısının iştirak etməsinin gözlənilməsi göstərir ki, beynəlxalq aləm BMT-yə inanır. Gələn həftə mən keçirəcəyim görüşlərdə dövlət rəhbərlərini BMT qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə, dünyada qanun-qayda yaradılmasında, sülhməramlı missiyalarda quruma dəstək verməyə çağıracağam. BMT beynəlxalq əməkdaşlıq məsələlərini müzakərə etmək üçün vacib bir beynəlxalq qurumdur”.
Qeyd edək ki, BMT BA sessiyası sentyabrın 18-də açılıb. Lakin onun dövlət başçılarının iştirakı ilə əsas toplantısı sentyabrın 24-də baş tutacaq. Ertəsi gün isə beynəlxalq aləm üçün önəmli hesab edilən ümumsiyasi müzakirələr başlayacaq.
Əziz Mustafa