Birtaniya Rusiya sərhədinə qoşun yeridir

0
614
NATO Rusiya – Estoniya sərhəddində hansı ölkənin batalyonlarını yerləşdirəcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Estoniya Beynəlxalq Müdafiə Mərkəzinin rəhbəri Yuri Lyuik  Rusiya sərhədlərində Böyük Britaniyaya məxsus qoşun hissələrinin yerləşdiriləcəyini deyib.
“Bu rəsmən elən edilmirdi. Amma mən indi deyə bilərəm ki, Britaniya batalyonu Estoniyada yerləşdiriləcək. Biz onlarla  əməkdaşlıqdan çox şadıq”,-deyə Lyuik bildirib.
Bir neçə gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun 2017-ci ilin başlanğıcında Baltikyanı ölkələrdə və Polşada dörd batalyon yerləşdirə biləcəyini deyib.  Bu açıqlamadan sonra Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov rəsmi Moskvanın  Rusiya sərhədlərində NATO-un silahlı qüvvələrinin yerdəyişməsini izləyib təhlil apardığını demişdi.
O bildirib ki,  Kreml NATO-un batalyonlarına qarşı tədbir görəcək. “Maraqlarımızın müdafiəsi və Rusiyanın təhlükəsizliyinin təmin olunması üçün ölçülər götürüləcək”.
usiya ilə sərhəddə yerləşdirəcəyi batalyonların tərkibində 4 minə qədər  hərbi qulluqçu olacaq. NATO Polşa, Latviya, Litva və Estoniyada 800-1000 hərbçi yerləşdirməyi planlaşdırır.
Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanov  isə  Moskvanın  NATO-nun şərqdə güclənməsinə qarşı istənilən cavabı verəyini deyib.
“NATO-nun şərqdəki əməliyyatlarına görə həyəcanlanmağa əsas yoxdur. Cavab adekvat, məhsuldardır”, – deyə müavin Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində bildirib.

BIR CAVAB BURAXIN