Birinci xanımla bağlı iddia – Əgər adi bir insan kimi ABŞ-a gəlsəydi…

0
630

“Birinci xanımla bağlı iddia - Əgər adi bir insan kimi ABŞ-a gəlsəydi...

ABŞ prezidenti Donald Trampın ölkədəki immiqrantlara qarşı tətbiq etdiyi siyasət Amerika daxil olmaqla, dünyanın bir çöx ölkəsində etirazla qarşılanıb. İllərdir ABŞ-da yaşayan minlərlə insan ölkədən çıxarılıb və ya onların ABŞ-a girişinə icazə verilməyib.

Bu məqamda birinci xanım, Sloveniya əsilli Melaniya Trampın ölkəyə bundan öncə adi bir insan kimi gəldiyi zaman nələr yaşayacağı müzakirələrə səbəb olub.

“Associated Press”in xəbərinə görə, əgər “First Lady” 2017-ci ildə ABŞ-a gəlsəydi, o zaman ABŞ-dan çıxarılmalı və ölkəyə girişi qadağan olunmalı idi.

Agentlik bildirir ki, M. Tramp ABŞ-a 1996-cı ildə turist vizasıyla gəlib. O, ölkədə model vəzifəsində çalışaraq pul qazanıb.

Onun qanuni iş icazəsinə müraciət etməzdən öncə ABŞ-da 20 min dollar qazandığı, 2006-cı ildə ABŞ vətəndaşlığı üçün lazımi orqanlara müraciət etdiyi və bu müraciətlərin heç birində keçmiş qeyri-qanuni iş təcrübələrindən bəhs olunmadığı vurğulanır. Qafqazinfo

BIR CAVAB BURAXIN