Bu sözləri Rusiyanın Birinci kanalının əksər tamaşaçıları məşhur diktor Yekaterina Andreyeva haqqında deyirlər. O Yekaterina Andreyeva ki, düz 19 ildir – 1998-ci ildən bəri – Birinci kanalın “Zaman” (“Vremya”) informasiya proqramının əvəzedilməz, daimi aparıcısıdır.
Onu Birinci kanalın siması da adlandırırlar… Az qala heç kim bu cazibədar diktorun keçən il 55 yaşını tamam etdiyinə inamaq istəmir. Ötən ilin noyabrında mətbuat tanınmış diktor Yekaterina Andereyavanın 55 yaşının tamam olduğunu xəbər verəndə, əksər tamaşaçılar şoka düşüblər…
Amma bu faktdır, çoxlarının 35-36 yaşlarında hesab etdiyi məşhur teleaparıcı əslində 56 yaşının içərisindədir…
Modern.az saytı MDB məkanının tanınmış televiziya diktoru barədə yazını təqdim edir.
Yekaterina Sergeyevna Andeyeva 1961-ci il noyabrın 27-də Moskvada anadan olub. O vaxt gələcək teleaparıcının atası keçmiş SSRİ-nin Maddi-texniki təchizat üzrə Dövlət Komitəsi sədrinin müavini, anası isə evdar qadın idi.
Yekaterina 1990-ci ildə Krupskaya adına Moskva Pedaqoji İnstitutunu bitirib, daha sonra Moskva Dövlət Hüquq Universitetinin axşam şöbəsində ikinci ali təhsil alıb. Sonra o, Rusiya Federasiyası Baş Prokurorluğunun İstintaq idarəsində işləyib.
Bir müddət sonra, 90-cı illərin əvvəllərində Yekaterinanın televiziya karyerası başlayır. Yekaterina Andreyeva Mərkəzi Televiziyanın seçim müsabiqəsindən keçir və telekanalın Diktorlar Məktəbinə daxil olur. Burada o, məşhur İqor Kirillovun diktorlar üçün ixtisasartırma kursunu keçir.
1991-ci ildən Yekaterina Andreyeva “Ostankino” kanalınının səhər proqramınfa – “Dobroe utro” verilişində aparıcı işləməyə başlayıb. 1995-ci ildən ORT-də “Xəbərlər”i aparmağı Yekaterinaya həvalə edirlər. Və nəhayət o, 1998-ci ildən ta bu günədək Birinci kanalın “Zaman” informasiya proqramının daimi aparıcısıdır.
1999-cu ildə internet sorğusunun nəticələrinə görə, Yekaterina Andeyeva Rusiya televiziyasının ən gözəl aparıcı adlandırılıb.
2010-ci ildə o, Rusiyanın (TNS versiyası üzrə) ən populyar televiziya onluğuna daxil olub.
Yekaterina Andreyeva – “TEFİ-2007” mükafatının “İnformasiya proqramının aparıcısı” nominasiyasında laureatdır.
Yekaterina Andreyeva iki dəfə ailə qurub. Onun birici həyat yoldaşından Natalya adlı bir qız övladı doğulub. Amma ilk evliliyi uzun sürməyən teleaparıcı boşanandan sonra serb əsilli biznesmen Duşko Peroviçlə tanış olub və onunla evlənib. Cütlük hazırda da bir yerdədir və məşhur diktor müsahibələrində serb biznesmenlə çox xoşbəxt olduğunu vurğulayır…
Teleaparıcının hazırda 35 yaşı olan qızı Natalya Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, o, maliyyə fakültəsini bitirib.
Yekaterinanın sevimli həyat şüarlardan biri budur: “İlahi, o şeyləri ki, dəyişə bilmərəm, onlar üçün mənə ruhi rahatlıq ver, o şeyləri ki, dəyişmək istəyirəm, onlar üçün mənə güc ver, mənə müdriklik ver ki, bir şeyi digərlərilə qarışdırmayım!”.
Çoxlarının həqiqi yaşından daha gənc hesab etdiyi Yekaterina Andreyeva öz gözəllik sirlərini ictimaiyyətilə də bölüşüb. Teleaparıcının sözlərinə görə, gənclik təravətini qoruyub saxlamaq elə də çətin deyil.
“Mənə həmişə qəribə gəlir ki, niyə insanlar 50 yaşda özlərinə bellərinin bükülməsinə imkan verir, niyə onlarda həyata maraq itir. Halbuki, buna çox sadə üsullarla yol verməmək olar! Daim hərəkət etmək, düzgün qidalanmaq, özünə və insanlara sevgi və məhəbbət aşılamaq lazımdır!”.
Yekaterina özü haqqında yazılan şayiələrə belə münasibət bildirib: “Bir dəfə sarı mətbuatda oxumuşam ki, guya, mən gənclik təravətimi qorumaq üçün özümə məxsus soyuq və buz reseptindən istifadə edirəm. Amma bu bu reseptlər mənə məxsus deyil. Mən heç vaxt buz ilə yuyunmuram. Hətta düşünmürəm ki, bu hamıya faydalıdır”.
Bununla belə diktorun sözlərinə görə, sağlamlıq üçün daha yaxşısı sərin havadır, nəinki isti:
“Təmiz hava çox faydalıdır, necə ki, yaxşı yuxu üçün qaranlıq tələb olunur”.
Teleaparıcı üzündəki təravətini qorumaq üçün həftədə bir dəfə kosmetoloq yanına gedərək, faydalı kosmetoloji maskalardan istifadə etdiyini vurğulayıb. O, bir fransız kosmetoloji firmasının məhsullarından istifadə etdiyini deyir.
Yekaterina hazırki əri Duşko Peroviçlə artıq 20 ildən çoxdur birlikdə yaşayır. Serb əsilli biznesmen Duşko Peroviç xanımı Yekaterina Andreyevanın birinci nikahdan olan qızı Nataşaya da əsl atalıq edib, həmişə ona doğma qızı kimi yanaşıb.
Yekaterinanı ilk dəfə televizor ekranında görərək, aşiq olan serb biznesmen deyir ki, onunla tanış olmaq üçün bütün mümkün vasitələri işə salıb, tanıdığı adamları bu işə qoşub.
Həmin vaxt – 20 il öncə Duçko heç rus dilini də bilmirmi.. Serb iş adamı öz seçimində səhv etmədiyini və bu qadından heç vaxt ayrılmaq istəmədiyini vurğulayır.
Cütlük səyahət etməyi çox sevir, xüsusi ilə də Afrikaya. Onlar bu qitəyə yalnız məzuniyyətə deyil, həm də istənilən uzunmüddətli istirahətə və ya bayramlar zamanında gedirlər.
A.Qorxmaz