Bir ilə 120 milyon qazanıb – Kremlin ən varlı məmur arvadı

0
703

Bir ilə 120 milyon qazanıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, fiqurlu konkisürən Tatyana Navka 2016-cı ildə qazandığı 120 milyon rubl gəlirlə Kreml məmurlarının xanımları arasında liderlik edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Dmitri Peskov həyat yoldaşından 9,4 dəfə az-12,8 milyon rubl qazanıb.

Qeyd olunur ki, T. Navkanın Rusiyada 2 torpaq sahəsi və 2 evi, 4 mənzili, ABŞ-da isə 1 mənzili, eləcə də 3 avtomobili var.

D. Peskovun isə 2 mənzili, 2 torpaq sahəsi və 700 kvadrat metrlik evi var.

Prezidentin köməkçisi Yuri Uşakovun xanımı 1 il ərzində qazandığı 37 milyon rublla ikinci yerdə qərarlaşıb. Uşakovun özü 8 milyon rubl əldə edib.

BIR CAVAB BURAXIN