“Ölkə.Az” xəbər verir ki, illərdir allergiya xəstəsi olduğu deyilən qadının əsas xəstəliyi hamını şoka salıb.
Hadisə Nebraska ştatında baş verib. Kendra Ceksonun burnundan daim selik axması həyatını cəhənnəmə çevirmişdi. Bir neçə dəfə həkimə gedən və dəqiq nəticə əldə edə bilməyən Cekson çıxılmaz vəziyyətə düşüb.
Axıntının getdikcə artdığını bildirən qadın yuxu yatmaqda da çətinlik çəkib. Cekson bildirir ki, 2013-cü ildə baş verən avtomobil qəzasından sonra bu vəziyyətlə üzləşib.
Sonra beyin cərrahlarının işlədiyi klinikaya gedən qadın dərdinin səbəbini öyrənib. Həkimlər bildirib ki, qəzadan sonra Ceksonun beyni zədələnib. Bu səbəbdən beyinin selikli qişası müntəzəm olaraq burnundan axmağa başlayıb.
Təcili əməliyyata alınan qadının beynindəki zədə aradan götürülüb.
Hikmət Həsənov