Beynəlxalq hüququn və ədalətin bərpa olunması

0
2480

Beynəlxalq hüququn və ədalətin bərpa olunması.

44 günlük müharibənin nəticəsində prezidentimiz cənab  İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 30 ildən artıq idi ki, davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın qanuni hüquqlarını bərpa etdi. Azərbaycan yalnız işğalçı deyil, həm də vandal düşmənlə üz-üzə idi.

İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyət başqa bir həqiqəti də ortaya qoydu. Bir daha sübut olundu ki, Ermənistan yalnız işğalçı və terrorçu deyil, həm də vandal dövlətdir. 27 illik işğaldan sonra azad edilən Ağdamda, Füzulidə, Cəbrayılda ortaya çıxan mənzərə başqa cür düşünməyə əsas vermir. Azərbaycan ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdi və torpaqlarını azad etdi. Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçün idi. Qarabağ münaqişəsinin həlli regionda əmin-amanlığın var olması üçün yeni imkan və fürsətlər yaradıb.Baş verən bütün proseslər onu göstərir ki, artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə yer yoxdur və İrəvan mövcud reallıqları qəbul etməli, öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli və Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməlidir. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan beynəlxalq hüququn bütün qaydalarına əməl edir. İllər boyu beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Azərbaycan xalqı öz haqq müharibəsini aparıb. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan bu gün qalibdir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin daha bir il – 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova