BEYNƏLXALQ BANKDA ŞOK! – İşdən çıxarılan sədr dindirilib!

0
789

11

Azərbaycanda fəaliyyət göstərən banklardan birinin də rəhbəri dəyişdi. Fins.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, ötən həftə daha bir bankın rəhbəri dəyişib. “Azər-Türk Bank”ın idarə heyətinin sədri Fərhad Adıgözəlovu indi Xalid Əhədov əvəz edir.
F.Adıgözəlovla E.Məmmədov vaxtilə bir komandada çalışıblar. Belə ki, E.Məmmədov “Azər-Türk Bank”ın sədri olanda F.Adıgözəlov onun müavini vəzifəzində çalışıb. E.Məmmədov ABB-yə sədr təyin edildikdən sonra onun müavini “Azər-Türk Bank”ın sədri təyin edilib. Ötən həftə isə o da vəzifəsindən kənarlaşdırılıb.

BƏS ELMAR MƏMMƏDOVUN “VURULMASI” NƏ İLƏ BAĞLIDIR?

7607“Qafqazinfo”ya daxil olan məlumata görə, E.Məmmədovun istefaya göndərilməsi “qara bazar” olayı, bankların dollar alışından imtina etməsi ilə birbaşa bağlıdır. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin bu “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Maraqlıdır ki, dollar satışı rəsmi dayandırıldığı halda “qara bazar”a valyutanın neçə çıxdığı ölkədə sual doğuran məsələ idi. Heç kim müəyyənləşdirə bilmirdi ki, dollar satılmadığı halda “qara bazar”a vəsaiti kim çıxarır. Bu prosesdə əsas iştirakçı kimi “Azər Türk Bank” və “Beynəlxalq Bank”ın rol oynadığı heç kimə sirr deyil.

Bildirildiyinə görə, yaranmış mürəkkəb vəziyyəti təhlil etmək və növbəti fürsətcilləri müəyyənləşdirmək üçün yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi şəkildə işləyirmiş.

Qeyd edək ki, Milli Məclisin tribunasından iki gündür ki, bir sıra millət vəkilləri “qara bazar”a kütləvi şəkildə dollar çıxartmaqda bankları ittiham edib. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların baqajlarında külli miqdarda dollar vəsaitlərinin “qara bazara” çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi. Bu məsələ ilə bağlı millət vəkilləri ciddi ölçü götürülməsini hökumətdən tələb etmişdilər.

samir-sherifov-1Xatırladaq ki, ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri bu vəzifəyə “Azər Türk Bank”ın sədri vəzifəsindən gətirilmişdi. O, maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınırdı. 

Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi. İndi S.Şərifovun nəzarəti altında olan banklarda gözlənilməz dəyişikliklər də bu məlumatların əsassız olmadığını ortaya çıxarır.

 

Gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, bu dəqiqələrdə rəsmən təqdiqlənməsə də həbs xəbəri yayılan Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük maraq doğurur.

“Qafqazinfo” onunla bağlı bəzi yeni məlumatları əldə edib.

İctimaiyyətin bu məsələyə diqqətini nəzərə alaraq Elmar Məmmədov haqda məlum olan və olmayan informasiyanı oxuculara təqdim edirik:

Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankn rəhbəri vəzifəsinə gətirilib.

Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

sigorta mamed

Onun eyni zamanda “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə quda olduğu da məlum olub. Elmar Məmmədov bu ilin yayında qızını Baba Rzayevin oğluna ərə verərək onunla qohum olub.

Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.

ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb.

Ailəlidir, bir övladı var.

Elmar_Mammadov

BIR CAVAB BURAXIN