Gənclər və idman naziri Azad Rəhimov hazırda məhkəməsi davam edən Beynəlxalq Bank işi ilə bağlı açıqlama verib.
Nazir Beynəlxalq Bankı bir çox Olimpiya Kompleksini girov qoyduğunu bildirib.
A.Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmamağının səbəbləri ilə bağlı suala cavabında bu məsələyə toxunub: “Dövlətin pulunun olmadığı vaxtlarda Olimpiya Komplekslərini digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb”.
Nazir onu da qeyd edib ki, Gəncə Olimpiya kompleksi nazirliyin artıq balansına keçib, Lənkəran kompleksini söküb yenidən tikəcəklər, Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. A.Rəhimov deyib ki, komplekslərdən əl dəyişdiribmiş, biri hətta Hollandiya şirkətinə məxsus olub.