Berlindən təhdid: “Almaniyadakı türkləri…”

0
633

Almaniya Daxili İşlər Nazirliyinin müşaviri Günter Krings Almaniyada yaşayan türklərin yaşamaq icazəsini uzatmamağı təklif etməklə Ankaranı təhdid edib.

 

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Günter Krings Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın reaksiyasını xatırladaraq türklərə “eyni düşüncədə olmayın” şəklində çağırış edib.

 

“Bu şəkildə düşünən və danışan şəxslər varsa, deməli onlar Almaniyanın hüquq sisteminə inteqrasiya olmayıblar. Təbii ki, bu vəziyyət oturma icazəsi ilə əlaqədar qərarlarda diqqətə alınmalıdır”,  – Daxili İşlər Nazirliyinin müşaviri deyib.

 

Qeyd edək ki, Ərdoğan “erməni soyqırımı” qətnamə layihəsinə səs verən türk mənşəli bundestaq üzvlərini türklüklə əlaqəsinin olmadığını, separatçı terror təşkilatının Almaniyadakı üzvləri olduğunu bildirib.

BIR CAVAB BURAXIN