Berdimuhamedov ancaq bahalı layihələrdən danışıb

0
761

 

Gurbanguly Berdymukhammedov, 28 yanvar 2016

Türkmənistan prezidenti uğurlardan danışıb, uğursuzluqlar haqda susub

Türkmənistanda dövlət başçısı bir söz deyir, gerçəklərsə başqa. Ötən il ölkədə mal qıtlığı və maaşların aylarla gecikdirilməsiylə yanaşı, dəyəri 5 milyard olan 202 obyekt istifadəyə verilib. Bu haqda ölkə prezidenti Gurbanguly Berdimuhamedow Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş toplantısında deyib. Daha doğrusu, prezident toplantıda, sadəcə, bahalı layihələrdən danışıb.

Milyardlıq layihələr, “vaxtında ödənilən maaşlar”

Türkmənistan, Beynəlxalq Aşqabad aireportu,17 sentyabr 2016

Türkmənistan, Beynəlxalq Aşqabad aireportu,17 sentyabr 2016

AzadlıqRadiosunun türkmən xidməti-nin xəbərinə görə, prezident ölkənin çiçəkləndiyini bildirib, buna örnək olaraq da ötən il gerçəkləşdirilən bahalı layihələri göstərib. Həmin layihələrdən biri də beynəlxalq Aşqabad aeroportudur, onun tikintisi 2,23 milyard dollara başa gəlib. Başqa bir bahalı layihəsə Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu xəttinin ölkə ərazisindəki hissəsinin inşa edilməsidir, buna da hökumət 500 milyon dollar xərcləyib.

Bundan başqa, Gurbanguly Berdimuhamedov deyib ki, iqtisadi böhran fonunda bir neçə milyardlıq yeni obyektlərin tikintisinə baxmayaraq, əhalinin həyat səviyyəsinin aşağı düşməməsindən ötrü “gərəkən bütün tədbirlər” görülüb.

Prezidentin sözlərinə görə, məhz bu tədbirlər sayəsində ölkədə müxtəlif məhsulların qiymət artımı qorunub saxlanılıb, əməkhaqları 10 faiz artırılıb, ödənişlərin edilməsində isə heç bir problem yoxdur.

Prezidentin susmağa üstünlük verdikləri…

Türkmənistan, ərzaq dükanı, 27 dekabr 2016

Türkmənistan, ərzaq dükanı, 27 dekabr 2016

Gurbanguly Berdimuhamedow, sadəcə, “uğurları” qeyd edib. Ancaq Türkmənistanda gündəlik tələbat məhsulu olan şəkərin, unun və yağın qıtlığı, yüzlərlə insanın saatlarla ərzaq növbələrində gözləməsi, bir neçə aydır maaşların gecikdirilməsi haqda bir kəlmə də kəsməyib.

AzadlıqRadiosunun türkmən xidməti yada salır ki, konvertasiyanın ləğvindən və manatın “qara bazarda” dəyərdən düşməsindən sonra ölkədə xarici məhsulların qiyməti durmadan artmaqdadır, eləcə də yerli məhsullar da bahalaşmaqdadır. Hakimiyyət sahibkarlara təzyiq göstərərək tələb edir ki, ərzaq məhsullarının qiymətini artırmasınlar. Satıcılar itkilərə getməməkdən ötrü başqa çıxış yolu tapıblar, onlar ərzağın üstünə ucuz qiymət yazıb vursalar da, əslində, onu baha satırlar.

Bir ay öncədən növbəyə yazılmaq lazımdır

Türkmənistanda qiymətlərin artmasıyla yanaşı yağ, şəkər, toyuq yumurtası kimi mallar dükanlardan, demək olar, yoxa çıxıb, buna görə də həmin məhsullara uzun növbələr yaranıb. Türkmənistanın Daşoğuz şəhərində isə defisit malları əldə etmək üçün yerli sakinlər düz bir ay öncədən növbəyə yazılmalı olublar.

Türkmənistan, adamlar bankomat qarşısında növbədə, 2016

Türkmənistan, adamlar bankomat qarşısında növbədə, 2016

Prezident Gurbanguly Berdimuhamedow-un maaşların verilməsində “heç bir problem olmadığını” deməsinə baxmayaraq, AzadlıqRadiosunun türkmən xidmətinin müsahibləri maaşlarının aylardır gecikdirildiyini bildirirlər. Eləcə də bankomatlarda yetərincə pul olmadığından plastik kartlarla ödənilən maaşların nağdlaşdırılmasında ciddi problemlərin yarandığı da qeyd olunur.

Beynəlxalq Valyuta Fondu Türkmənistan haqda deyir ki…

Türkmənistanın dövlət başçısı Nazirlər Kabinetinin toplantısında ötən ilin dekabrında ölkəyə gələn Beynəlxalq Valyuta Fondununnümayəndələrinə istinadla “iqtisadi sferada üzə çıxan problemlərin həlli yönündə qəbul edilən qərarların və seçilən yolun düzgün olduğunu” bəyan edib.

Beynəlxalq Valyuta Fondu-nun nümayəndələrisə Türkmənistana səfərlərindən sonra yaydıqları hesabatda ölkədə iqtisadi artımın azalması tendensiyasının davam edəcəyini bildiriblər.

BIR CAVAB BURAXIN