Belarusdan Rusiyaya Krım zərbəsi

0
633

Belarusun Mogilev vilayətində Krımı Rusiyanın ərazisi kimi göstərən qlobuslar satışdan yığışdırılıb.

 

Publika.az xəbər verir ki, bu haqda “euroradio.fm” saytı bildirib.

 

İnternet resursunun məlumatına görə, ticarət obyekləri Ticarət Xidmətləri İdarəsinin tövsiyəsini yerinə yetirib.

 

Beləliklə, vilayət administrasiyası “Qromada” Sosial-Demokrat Partiyasının sədrinin birinci müavini İqor Borisovun müraciətinə reaksiya verib. Siyasətçi bildirib ki, Krımın qlobusda Rusiyanın ərazisi kimi göstərilməsi alıcıları yanıldır və Belarusun Krımla bağlı rəsmi mövqeyinə ziddir.

 

Ticarət obyektlərindən yığışdırılan qlobuslar Polşa şirkəti tərəfindən istehsal edilib. Şirkətin direktoru bildirib ki, qlobuslar Rusiya bazarı üçün istehsal olunub.

 

Amma Belarus Xarici İşlər Nazirliyinin başçısı Vladimir Makey aprelin 8-də bildirib ki, Minsk Krımın statusu haqqında məsələdə faktiki vəziyyətə əsaslanır. O, dolayısı ilə Krımın ilhaqının Minsk tərəfindən tanındığını deyib. Diplomat vurğulayıb ki, indi Ukraynanın qalan hissəsinin ərazi bütövlüyünü saxlamaq əhəmiyyətlidir.

 

BIR CAVAB BURAXIN