Belarus heç vaxt müstəqilliyini Rusiyaya qurban verməyəcək

0
908

Prezident Aleksandr Lukaşenko bildirib ki, Belarusun müstəqilliyinin qorunub saxlanılması müqəddəs bir amaldır və ölkəmiz heç vaxt Rusiyanın tərkibinə daxil olmayacaq.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Lukaşenko özünün əsas məqsədinin Belarusun müstəqilliyinin qorunub saxlanılması olduğunui vurğulayıb: “Bizim üçün Belarusun müstəqilliyinin qorunub saxlanılması əziz və müqəddəs bir vəzifədir. Əgər kimlərsə Jirinovskinin dediyi kimi müstəqilliyimizə son qoymaq və Belarusu vilayətlərə bölərək Rusiyanın tərkibinə daxil etmək istəyirlərsə, onlar çox yanılırlar. Bu, heç vaxt baş verməyəcək. Əgər Kremldə Jirinovski kimi düşünənlər varsa, onda bu, Rusiyanın özü üçün təhlükə ola bilər”.