BBC-yə məktub yazdığına görə həbsxanaya düşən alman şagirdi

0
848
mugshot

Şərqi Almaniya gizli polisi Soyuq Müharibə illərində BBC-yə məktub yazan insanları izləmək üçün qeyri-adi dərəcədə səy göstərib.

O zamanlar belə məktublara görə, həbs edilənlərdən biri özünü sərbəst ifadə etməyə can atan bir yeniyetmə idi. Bu istəyi, ona baha başa gəldi.

Yay tətilinin sonuncu günü idi. 18 yaşlı Karl-Heinz Borchardt sevgilisi ilə çimərliyə getməli və ya tranzistor radiosunda pop musiqi dinləməli idi.

Lakin həmin gün onun uşaqlıq dövrü gözlənilmədən sona yetdi.

Anası tələsik onun otağına gələrək dedi ki, geyinsin.

Aşağıda onu 5 nəfər uniformalı təhlükəsizlik əməkdaşı gözləyirdi.

Vaxt udmaq üçün o, əl-üzünü yumalı olduğunu bildirdi.

Bundan sonra tələm-tələsik əlyazmalarını pəncərədən tullamağa başladı, xəbəri yox idi ki, polis artıq lazımi sübut-dəlilləri əldə edib.

İlk məktubunu Borchardt 1968-ci ilin sentyabr ayında yazmışdı.

Həmin məktubunda Borchardt Çexoslovakiyada 1968-ci ildə baş vermiş hadisilər barədə fikirləri ilə bölüşərək, Qərbin həmin hadisələrdə kifayət qədər qətiyyət göstərmədiyini bildirmişdi.

Karl-Heinz Borchardt's first letterFotonun müəllifiBSTU

Xarici radiostansiyaları dinləmək Şərqi Almaniyada cinayətə bərabər idi, ora yazmaq hələ bir kənara qalsın.

Berlinin mərkəzində yerləşən Kantstrasse 45 ünvanına yazılan bütün məktublar Qərbi Berlin poçtu vasitəsilə BBC-nin Qərbi Berlin ofisinə, oradan isə Londona, BBC-nin mərkəzi redaksiyası yerləşən Bush House-a göndərilirdi.

The west Berlin BBC office at SavignyplatzBBC-nin Qərbi Berlindəki ofisi, Savignyplatz meydanında

London redaksiyasında İmzasız Məktublar adlı verilişin aparıcısı Austin Harrison hər bir neçə həftədən bir verilişinin sonunda yeni bir ünvanı səsləndirirdi və Şərqi Almaniyada minlərlə dinləyicilər həmin ünvanlara məktublarını göndərirdi.

Nəticədə BBC-nin Alman redaksiyası hər həftə Berlin divarının o tayında verilişləri dinləyənlərin məktubları əsasında 20 dəqiqəlik proqram hazırlaya bilirdi.

Bəzən məktublar Qərbi Berlindən gələn qonaqlara verilirdi ki, onlar məktubları BBC-yə çatdırsın.

Şərqi Almaniya rejiminin qəzəbinə baxmayaraq, həmin BBC proqramı 25 il ərzində GDR (Almaniya Demokratik Respublikası) cəmiyyətinin fiziki və emosional həyatı haqqında o cəmiyyətdə yaşayanların dili ilə dediklərinə əsaslanan verilişlər hazırlamağa müvəffəq olub.

Austin Harrison
Austin Harrison

“Şərqi Almaniyada söz azadlığı yox idi, buna yalnız London vasitəsilə nail olunurdu”, – BBC proqramının təhlilinə həsr olunmuş araşdırmanın müəllifi Susanne Schädlich deyir.

Susanne SchädlichSusanne Schädlich GDR-də böyüyüb və proqram haqqında kitab yazıb.

Schädlich deyir ki, BBC-yə göndərilən məktubların müəllifləri yazılarında, necə deyərlər, ürəklərini boşaldırdılar.

Çoxları xarici aləmə müraciət edərək, Berlin Divarının arxazında unudulub qalmamaqları barədə xahiş edirdi, digərləri ərzaq qıtlığından yazırdı.

example of letter from the BBC archives
BBC arxivində saxlanılan məktub nümunəsi

BBC-yə yazanlar arasında müəllimlər, kəndlilər, həkimlər, dükan sahibləri, hətta əsgərlər də olub. BBC-yə eləcə də, xeyli sayda uşaq da yazıb.

“Bəzi insanlar, demək olar ki, hər həftə yazırdı”, – aparıcının “sağ əli” olan Günter Burkart xatırlayır.

The German Language Service's Letters without Signature team in the studio
İmzasız Məktublar verilişini hazırlayan heyət

Austin Harrison, 25 il ərzində verilişin yeganə və dinləyicilərlə əlaqə və bağlılıq yarada bilən aparıcısı olub, Burkart xatırlayır.

Casuslardan ehtiyat edən Burkart dinləyicilərin məktublarını London ofisində qıfıl altında saxlayıbmış.

Günter Burkart kept the letters under lock and key
Prodüser Günter Burkart

Stasi BBC-ni təkcə düşmən radiosu saymırdı, eyni zamanda onlar bu proqramı rejimi laxlatmağa yönələn bir ideoloji silah kimi də qəbul edirdi.

Onlar Harrison-un agent olduğuna və Şərqi Almaniyada agent axtardığına əmin idilər.

Məktub müəlliflərinin izlənib tapılması üçün Stasi xüsusi səy göstərirdi.

Onlar məktbub zərflərindən barmaq izləri, tüpürcək nümunələri götürərək həkimlərdə olan məlumat bazası ilə tutuşduraraq həmin məktubları göndərənləri aşkar etməyə çalışırdı.

EnvelopeStasi bu zərfdən tüpürcək nümunəsi götürmüşdü.

Borchardt da əlyazmasına görə Stasi tərəfindən aşkar edilmişdi.

Onun məktəbdə yazdığı inşa Stasi əməkdaşına ötürülmüşdü.

Onun məktəbdəki əlyazması BBC-yə göndərdiyi anonim məktubları ilə tutuşdurulmuşdu.

Rostokdakı Stasi məhbəsində o, soyundurulub axtarılaraq, təcridxanaya salınmışdı.

Səkkiz aydan sonra ona qarşı “təxribatçılıq fəaliyyəti aparılması” ittihamı irəli sürülmüşdü.

Yeniyetmələr üçün nəzərdə tutulmuş Dessau həbsxanasında çəkmək şərti ilə ona iki il həbs cəzası kəsilmişdi.

A sample letter from the BBC archives
BBC arxivindən məktub nümunəsi

Cəzasını çəkib qurtarmağa yaxın olarkən onun bəxtinə Amnesty International təşkilatının vasitəçiliyilə Qərbi Almaniyaya köçmək fürsəti düşdü.

Qərbi Almaniya höküməti onun azadlığa çıxmasının qiymətini ödəməyə hazır idi.

Lakin Borchardt bu imkandan imtina etdi.

O, ailəsinə qovuşmaq və dostları ilə yenidən görüşmək istəyirdi.

Karl-Heinz Borchardt after his releaseKarl-Heinz Borchardt azadlığa çıxandan sonra

Nəhayət o, ailəsinə qovuşdu və yenidən Qərb radiolarını dinləməyə başladı.

Stasi onun daxilindəki üsyançılıq ruhunu öldürə bilməmişdi.

1974-cü ildə BBC “İmzasız Məktublar” verilişini qəfildən bağladı. Bununla da, məktubların sayı bir qədər azaldı, verilişin keçmiş prodüseri Günter Burkart deyir.

Bəlkə də, səbəb məktubların Stasi tərəfindən aşkar edilərək götürülməsi idi, amma o, Britaniya Xarici İşlər Nazirliyinin də bunda əli olduğunu güman edir.

Ola bilsin ki, Britaniya tərəfindən GDR-in tanınması və diplomatik münasibətlərin qurulması ilə Britaniya XİN məktublara son verməyin zamanı olduğunu düşünmüşdü.

Bir çox dinləyicilər üçün bu çox məyusedici idi, məktublar isə gəlməkdə davam edirdi.

“Ağlamaq istəyirəm. Təzyiqlərə, köləliyə və ədalətsizliyə qarşı hünər və cəsarətlə vuruşan İngiltərəyə nə oldu? Gecəniz xeyrə qalsın. Sanki yenidən 1939-cu ildir. Qarşımızdakı illərin işıqları söndü”.

(Anonim məkyub)

Proqram bağlandıqdan sonra Borchardt BBC verilişlərini dinləməyə də son verir.

Növbəti 15 il ərzində o elektronika sahəsində mühəndis işləyir, sonra isə Şərqi Almaniya ədəbiyyatı sahəsində doktor elmi dərəcəsini qazana bilib.

Bununla belə, o, universitetdə yalnız aşağıdərəcəli bir işə düzə bilərdi.

Yalnız 1989-cu ildə kommunizm çökəndən və Almaniya vahid dövlətə çevriləndən sonra, o, Greifswald Universitetində müəllim vəzifəsinə işə düzəlir.

Karl-Heinz Borchardt hazırda Alman ədəbiyyatından mühazirələr oxumaqda davam edir.

BIR CAVAB BURAXIN