ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.
Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.
“İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsiz və ölkəmizin təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə bizim dəyərlərimizə xəyanət edən bu şəxs sözün əsl mənasında ölkəmizin təhlükəsizliyini sarsıda bilər” deyə C.Bayden bildirib.