Baş Nazirə qarşı sui-qəsd təşkil olunub

0
651

Baş Nazirə qarşı sui-qəsd təşkil olunub

Böyük Britaniyanın baş naziri Tereza Meyə qarşı təşkil olunan sui-qəsdin qarşısı alınıb.

“Qafqazinfo” “Independent”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın əks-kəşfiyyat xidməti olan MI5-in rəhbəri Enryu Parker bildirib.

Nəşrin məlumatına görə, London və Birmingemdə keçirilən əməliyatlar nəticəsində sui-qəsd törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlara qarşı terrorimz maddəsi ilə ittiham irəli sürüləcək.

İlkin məlumata əsasən, sui-qəsdi islamçılar planlaşdırıb. Onlar Baş Nazirin iqamətgahının qarşısında partlayış törətdikdən sonra bıçaqla hücum etməyə qərar veriblərmiş.

Endru Parker bu il ərzində 9 terror hücumunu qarşısını aldıqlarını vurğulayıb.

BIR CAVAB BURAXIN