Baş məşqçilər açılış oyunundan danışdılar

0
778

Avropa Çempionatının açılış matçında Fransa Rumıniyanı 2:1 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma haqqında fikirlərini bildirib:

Rumıniya millisinin çalışdırıcısı Anhel Yordanesku 89 dəqiqə keyfiyyətli futbol oynadıqlarını bildirib: “Xeyli sayda qol epizodları yaratdıq. Xüsusilə, taktiki planları məharətlə həyata keçirdiyimiz ikinci hissənin əvvəlini qeyd etmək istəyərdim. Oyunun təşkili baxımından əla oynadıq. Doğrudur, müəyyən epizodlarda rəqibin yarımmüdafiə xəttinə uduzurduq. Uşaqları təbrik edirəm. Özümüzü yaxşı tərəfdən göstərə bildik. 89 dəqiqə keyfiyyətli futbol sərgilədikdən sonra məğlub olmaq üzücüdür. Futbolçular mənəvi və fiziki cəhətdən bərpa olmalıdılar. Qarşıda bizi iki vacib oyun gözləyir. Ümid edirəm, İsveçrəyə qarşı da eyni əhvalla oynaya biləcəyik”.

Fransızların çalışdırıcısı Didye Deşam qələbə sevincini bölüşüb: “Sevinirəm ki, qalib gəldik. Rumıniya yığması ilə oynamaq asan deyil. Bunu əvvəlcədən bilirdik. Rəqib xeyli səhvə yol verdi, ancaq inamla müdafiə olunurdular. Hesabı açdıqdan sonra fərqlənmək imkanlarımız oldu. Ancaq rumınlar qısa zaman kəsiyində bərabərlik qolunu vurdular. Qələbəyə oynadığımızı aşkar hiss etdirdim – hücum xəttində 4 futbolçu qərarlaşdı. Oyun asan deyildi. Çünki bu matç ətrafında gərginlik yüksək idi”.

BIR CAVAB BURAXIN