Baş direktora sosial şəbəkə üzərindən daxil olan müraciət həllini tapdı-VİDEO

0
1101

Baş direktora sosial şəbəkə üzərindən daxil olan müraciət həllini tapdı.

Qanunla.Az xəbər verir ki, Samux rayonu, Kolayır kənd sakini Bənövşə Səmədova SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən müraciət edərək ona məxsus torpaq sahəsində ev inşa etmək istədiyini, lakin həyətyanı sahənin qarşısından keçən qaz xəttinin buna mane olduğunu bildirib. Vətəndaş qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ona köməklik edilməsini xahiş edib. Bənövşə Səmədovanın müraciəti daxil olduqdan sonra Birlik rəhbərinin tapşırığı ilə qaz xəttinin yerinin dəyişdirilməsi işlərinə start verilib. Qısa müddət ərzində Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin Samux xidmət sahəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə qapı keçidi quraşdırılıb. Bənövşə Səmədova onun müraciətinə bu cür operativ şəkildə baxıldığı və icra olunduğu üçün SOCAR rəhbərliyinə təşəkkür e