
Bakının Sabunçu rayonunun Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsi dəyişdiriləcək.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar noyabrın 15-i gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.