Bakılı avtoritet Lotu Qulidən ayrılıb – Erməniylə birləşdi

0
602

Rusiyada kriminal aləmin lideri postu uğrunda mübarizə şiddətlənir.

Hazırda rus mafiyasının başçısı olan Zaxariya Kalaşov (Şakro Molodoy) xələfinin qanqster Vasili Xristoforov (Vasya Voskres) olacağını bildirib.

Ancaq Vasyanın işi yüngül olmayacaq. O bu adı qazanmaq üçün kriminal avtoritet Eduard Asatryan (Erik Osetrina) ilə mübarizə aparmalı olacaq. Bu işdə Erikə Qela Kadrava (Qela Qalski) və Vaqif Süleymanov (Vaqif Bakinski) yardım edəcək.

Məlumatlara görə, bir müddət əvvəl Vaqif azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) Rövşən Caniyevə (Lənkəranski) qarşı birləşmişdi. Ancaq onların ittifaqı uzun sürmədi və Lənkəranskinin ölümündən sonra Vaqif özünə yeni tərəfdar axtarmağa başladı.

Bu zaman o, erməni avtoritet Asatryanla rastlaşıb. Vaqif və Erikin dağıstanlı “qanuni oğru” Əmir ilə köhnə ədavəti onları yaxınlaşdırıb.
Bildirildiyinə görə, Vaqif Bakinski hazırda zəngin iqtisadi resurslara sahibdir. Teleqraf.com

BIR CAVAB BURAXIN