Bakıda ürəkdağlayan görüntülər: Qız atasını küçəyə atdı – VİDEO

0
702

Bakı şəhər sakini Arif Babayev 3 ildir, küçələrdə və daxmadan fərqlənməyən kirayə tutduğu bu evdə yaşayır. Evini, mal-mülkünü əlindən alan həyat yoldaşı və qızı onu evdən qovub.

Femida.az xəbər verir ki, Arif Babayev Bakı şəhəri 9-cu mikrarayonda yeni tikilmiş binada yaşayıb. Qızının təkidi ilə 12 saylı dövlət notariat kontorunda bir sənədə qol çəkib. Aradan bir müddət keçəndən sonra məlum olub ki, qızının atasına qol çəkdirdiyi saxta sənəd imiş.

“Kafedə işləyirdim. Həyat yoldaşımla qızım çağırdılar ki, notariusda bir sənədə qol çəkim. Qızım idi. Fikirləşdim ki, nə isə problem var ki çağırırlar. Getdim qol çəkdim. Bir müddət sonra gəlnimdən eşitdim ki, məni evdən çıxarıblar”.

Qanunsuz notariat əməliyyatından sonra küçələrdə qalan 68 yaşlı atanın ağır günləri də bundan sonra başlayıb. Ötən il yıxılaraq ağır sınıq xəsarəti alan Arif Babayev ayağının kəsilmək təhlükəsi ilə üzləşib.

Acınacaqlı vəziyyətdə yaşayan Arif Babayevi digər övladları da axtarmır. Bizimlə söhbətində dağ kimi oğlan böyütdüyünü desə də, oğlunun ürəyinə necə dağ basdığını da aydın görmək olurdu.

“Oğlum mənə baş çəkmir. Telefonumu götürümür. Qızımın biri ötən il Amerikaya gedib, bir qızım da həyat yoldaşımla Sankt-Peterburq gedib. Mən küçələrdə qalmışam. Orada-burada yaşayıram”.

Evi əlindən alınan şikayətçinin kirayə yaşadığı binanın özü də bərbad, təmirsiz, qəza vəziyyətindədir. Dözülməz şəraitdə kimsəsiz yaşayan Arif Babayev ağrılarından yuxusuz gecələr keçirib. Ağrıkəsiciləri almağa isə maddi imkanı çatmır.

Nə qədər ağrısada, tezliklə tam sağalacağına ümid edən Arif Babayevin indi tək bir istəyi var. Qeyri-qanuni yolla əlindən alınan evinin ona məxsus olan hissəsində yaşamaq. Şikayətçi bunun üçün müvafiq qurumlardan ona kömək edilməsini istəyir. Bəlkə də o ömrünün son illərini yaşayır, yaxud şikayəti təmin olunacaqmı deyə bilmərik, ancaq bizi yola salarkən kameramıza gülümsəməsi və əl etməsi onun bu ağır günlərdən çıxacağına bir işarədir.

BIR CAVAB BURAXIN