Bakıda şirkət əməkdaşları ilə sakinlər arasında dava olub.
Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Yeni Yasamal-2 yaşayış massivindəki 7 saylı binaya su filtrləri satan şirkətin əməkdaşları gəliblər. Binanın bir neçə sərxoş sakini ilə əməkdaşlar arasında mübahisə yaranıb. Sonradan mübahisə davaya çevrilib. Sakinlər şirkətə məxsus “Ford” markalı mikroavtobusa ziyan vurublar, daşla şüşələrini sındırıblar.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları cəlb olunub. Davada iştirak edənlərin bir neçəsi qaça bilsə də, saxlanılanlar da var. Faktla bağlı araşdırma aparılır.