Bakıda qulluqçu evdən 11 min manatlıq qızıl oğurladı

0
649

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlanması müəyyən edilib. Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanılıb.

İstintaqa təhvil verilən Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi müəyyən edilib.

BIR CAVAB BURAXIN