Bakıda QANLI ƏMƏLİYYAT: DTX əməkdaşları silahlı şəxsləri məhv etdi

0
676

Qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

 

DTX-nın İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-ci il martın 10-da xüsusi əməliyyat keçirilib.

 

Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib, qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər.

 

Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapança, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.

 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

BIR CAVAB BURAXIN