Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 6 kiloqrama yaxın marixuana götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq polislər tərəfindən Xaləddin Əliyevin evinə baxış keçirilib. Bu zamanı evdən əlavə olaraq daha 8 kiloqram marixuana aşkar edilib.
Həmin şəxs tutularaq istintaqa cəlb olunub.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(Xezerxeber.az)