Bakıda kliniki ölüm keçirən 32 nəfər həyata qaytarılıb

0
746

“Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) doğuşla bağlı 3 099 müraciət edilib”.

Bunu Stansiyanın Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Həkimin müavini əlavə edib ki, keçən il Bakıda 32 nəfər kliniki ölümdən həyata qaytarılıb: “Ümumi ağır vəziyyətdən isə 2400 nəfər çıxarılıb”.

O qeyd edib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 ədəd təşkil edib: “Bu hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20 114, hospitalizasiya 12 543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub. Keçən il Stansiyaya nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub”.

O əlavə edib ki, ötən il təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərilərək cərrah, travmatologiya, toksikoloq və rentgen müayinəsindən keçdikdən , təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.Report

BIR CAVAB BURAXIN