Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi?

0
615

3 gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindən güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb.

Lent.az-ın məlumatına görə, təqaüdçü olan Vidadi Quliyev Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib-içib. Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib. E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub. İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb.

V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona atəş açıb.

Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN