Bakıda işsizlik artıb

0
842

 

Foto: arxiv

2016-cı ilin 11 ayında Bakı şəhərində işləyənlərin sayı azalıb. Hazırda işləyənlərin sayı 688432 nəfərdir.

Bu haqda Bakı şəhər Statistika İdarəsinin illik hesabatında bildirilir.

Statistik təhlil göstərir ki, işçilərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2771 nəfər azalıb.

Rəsmi işsizlər – cəmi 14 963 nəfər…

Bakıda işsizlik statusuna malik olanların sayı ümumilikdə 14 963 nəfərdir. Onlardan yalnız 954 nəfər işsizliyə görə müavinət alanlardır. Həmin şəxslərə hesablanmış orta aylıq məbləğ 284,97 manat olub.

İşsizlik statusu alanların 5755 nəfəri qadınlardır.

İşçi qüvvəsinə olan tələbata gəlincə, hesabatda deyilir ki, noyabrın sonunda Bakı üzrə cəmi 1512 nəfər işçiyə ehtiyac olub. Daha çox fəhlələr tələb edilib – 1121 nəfər.

Pirallahıda işsiz yoxdur

Rəsmi işsizliyin rayonlar üzrə durumuna gəlincə, sənədə görə, Pirallahı rayonunda işsiz, işsizliyə görə müavinət alan ümumiyyətlə yoxdur.

Sonrakə yerdə Qaradag və Səbail rayonları gəlir. Həmin rayonlarda müvafiq olaraq, 446 və 456 rəsmi işsiz var. Qaradağda 94, Səbaildə isə 83 nəfər işsizliyə görə müavinət alıb.

Ən çox rəsmi işsiz Xətai (2848 nəfər) və Yasamal (2267 nəfər) rayonlarındadır. Yasamal rayonunda cəmi 8 nəfər buna görə, müavinət alır.

Hesabatdakı bilgilər 2016-cı ilin dekabr ayı üzrə statistikanı əhatə etmir.

BIR CAVAB BURAXIN