Bakıda gənclər 3 May – Türkçülük gününü qeyd etdilər

0
865

Bu gün Milliyyətçi Gənclər Təşkilatı (MGT) 3 May – Türkçülük gününə həsr olunmuş tədbir keçirib.

Virtualaz.org xəbər verir ki, tədbir aprel ayında cəbhə xəttində şəhid olan əsgərlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra MGT İdarə Heyətinin üzvü Aysel Ağayeva Türkçülük gününün tarixi haqqında danışıb:

“Milliyyətçi yazar Hüseyn Nihal Atsız 40-cı illərdə Türkiyəni bürüməkdə olan kommunizm dalğasına üsyan qaldırırdı. Kommunizmin artan təbliğatından narahatlığımı bildirən yazar özünün “Orhon” dərgisində açıq şəkildə bu təbliğata yol verən yüksək rütbəli məmurların adlarını çəkirdi. Bir neçə belə yazıdan sonra onun dərgisi bağlandı, özü isə məhkəməyə verildi. Məhkəmənin 1944-cü il 3 may tarixində baş tutan iclası zamanı Ankarada türkçü gənclərin yürüş keçirildi və bu yürüşdən sonra 100-dən çox aksiya iştirakçısı həbs edildi. 3 May – Türkçülük günü də həmin yürüşü anmaqla bağlıdır”.

Daha sonra təşkilatın müxtəlif qollarının nümayəndələri fəaliyyətləri haqqında məlumat verib, təşkilat yarandığı 2012-ci ildən bu günə qədər görülən işlərdən danışıb.

Tədbir iştirakçılarına MGT-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BIR CAVAB BURAXIN