BAKIDA BİR GECƏYƏ SÖKÜLƏN OTELİN SİRRİ AÇILDI! – 10 milyon təklif edən “elçiləri” qovdu və… (ŞOK)

0
734

Araz hotel nazim ibrahimov hacibala abutalibov hacıbala abutalıbov azpolitika info şahmar mövsümov sahmar movsumov

Bakının Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsi ilə üzbəüz) yerləşən “Araz” mehmanxanasının bir sutka içində sökülməsinin sirri açılıb. “AzPolitika.info”ya daxil olan məlumata görə, bu obyekt onun sahibinin Azərbaycan reallıqlarına “qeyri-adekvat” davranışına görə məhkəmə qərarı olmadan, hətta içindəki əşyalar boşaldılmadan onlarla texnikanın cəlb olunması ilə bir sutka içində sökülüb. Bu zaman sahibkara heç bir kompensasiya verilməyib və verilməsi də gözlənilmir!

“AzPolitika” dəqiqləşdirib ki, ötən ayın 23-də sökülən “Araz” oteli və ona bitişik, ümumilikdə 3 hektar ərazidə yerləşən digər obyektlərin sahibi əslən məşhur Nehrəm kəndindən olan Novruzəli İbrahimovdur. Novruzəli İbrahimovun bir neçə tanınmış, yüksək vəzifəli şəxslə yaxın qohumluq əlaqələri var. Belə ki, N.İbrahimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğma əmisi oğlu, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasıdır. N.İbrahimovun bir kürəkəninin də Avropada səfir olduğu bildirilir.Bəzi məlumatlara görə, Novruzəli İbrahimov əslində elə Nazim İbrahimovun biznesini idarə edənlərdən biridir.

Şahmar

Bizə verilən məlumata görə, “Araz” oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manatkompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin. Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub.Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Həqiqətən də şəhərin belə prestijli rayonunda üstündə 4 mərtəbəli otel və bir neçə obyektin olduğu ərazi üçün 10 milyon manat həddən artıq kiçik rəqəmdir. Bu ərazinin real dəyəri, çox böyük ehtimalla, azı 35-40 milyon manat təşkil edə bilər.

Lakin N.İbrahimov bəzi reallıqları nəzərə almadığından, necə deyərlər, çox istəyərkən azdan da olub – “Araz” otel və digər obyektlərin dərhal sökülməsi barədə göstəriş verilib. Sahibkara əvvəl təklif olunan 10 milyonluq kompensasiyanın verilməsi də sual altına düşüb.

nazim_ibrahimov_270215

N.İbrahimova yaxın mənbə onun “qanunsuzluğa qarşı” dirənmək, hətta lazım gələrsə Avropa Məhkəməsinədək getmək niyyətində olduğunu bildirib.

Ancaq çox güman ki, Novruzəli İbrahimovun reallıqla barışmaqdan başqa çarəsi olmayacaq. Müqavimət göstərməyin nə ilə nəticələnə biləcəyini elə öz yaxınları –Şahmar Mövsümov, Nazim İbrahimov və başqaları ona izah edəcəklər…

Rasim ƏLİYEV
AzPolitika.info

BIR CAVAB BURAXIN