Bakıda Afrin zəfəri festivalı keçiriləcək

0
602

Bakıda “Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçiriləcək.

Trend-in məlumatına görə, Okuklu Holdinq İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə keçiriləcək Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmiləri, səfirlik nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edəcəklər.

Afrin Zəfər Festivalına Türkiyədən “EkoAvrasya” İdarə heyətinin sədri Hikmet Eren, “EkoAvrasiya” Məşvərət Şurasının sədri, keçmiş millət vəkili Feramüz Üstün, Uşakdan olan millət vəkili Mehmet Altay, Kilisdən olan millət vəkili Reşit Polat, “ALT Yapım” rəhbəri Sacit Altun və başqaları qatılacaq.

Festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi terrorçulardan azad olunub.

BIR CAVAB BURAXIN