Bakıda adamların çox işləyib, çox qazandığı rayonlar

0
600

2016-cı ilin yanvar-iyul aylarında Bakıda muzdla çalışanların sayı azalıb. Göstərilən vaxtda Bakı üzrə iş yerinə sahib insanların sayı 685 minə yaxın olub.

Bu haqda Bakı şəhər Statistika İdarəsinin bilgilərində qeyd edilir. Həmin bilgilər idarənin saytına daxil edilən yarımillik sosial, iqtisadi hesabatda əks olunub. Hesabata görə, işləyənlərin sayı ötən illə müqayisədə 8464 nəfər azalıb.

 

Devalvasiyalar fonunda əmək haqqı artımı – 11 faiz

İşləyənlərin əmək haqlarında isə cüzi də olsa artım qeydə alınıb. Ötən illə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 11,2 faiz yüksəlib. Orta aylıq əmək haqqının məbləği 723,3 manat təşkil edib.

Ən çox çalışan – Nəsimi rayonunda

Bakıda ən çox işçi Nəsimi rayonunun payına düşür. Həmin rayonda çalışanların sayı 151 minə yaxındır. Sonrakı yerdə təxminən 114 min işçi ilə Səbail, ardınca isə 103 min işçi ilə Yasamal rayonları gəlir.

Nərimanovda 64, Xətaidə 56, Nizamidə 46, Binəqədidə isə 42 mindən çox muzdla çalışan var.

Buna da bax: Ilham Əliyev Fransa prezidentindən çox maaş alır [Statistika]

Ən az çalışan Pirallahı (7597) və Suraxanıdadır (18707).

Ən çox əmək haqqını Pirallahı da çalışanlar alır – 1341 manat. Sonrakı yerdə 1333 manat əmək haqqı ilə Səbail rayonunun çalışanları gəlir.

Ən az əmək haqqı Binəqədi rayonunda işləyənlərin payına düşür – cəmi 407 manat.

BIR CAVAB BURAXIN