Bakı yenidən Formula 1 yarışlarına ev sahibliyi edir  

0
781
Formula One World Championship

Bu gün Bakıda Formula 1 yarışlarının növbəti mərhələsinə start veriləcək. Formula 1 yarışlarının bu dəfəki mərhələsinə də ölkəmiz ən yüksək səviyyədə hazırlaşıb. Bunu yarışların keçirilməsi  üzrə təşkilat komitəsinin verdiyi son açıqlamalar da bir daha sübut edir. Beləliklə, Azərbaycan özünün müstəqilliyi tarixində növbəti, 3-cü dəfə möhtəşəm bir oyuna-dünyanın on milyonlarla insanının diqqət mərkəzində olan avtoidman oyunlarına ev sahibliyi edir. Möhtəşəm Formula 1 yarışları ilə əlaqədar Bakınıln hər yerində bir bayram havası, bayram çoşqusu hiss edilir. 3 gün ərzində minlərlə bakılı avtoidman həvəskarı bu möhtəşəm yarışları canlı şəkildə-birbaşa tribunalardan izləyə biləcəklər. Eyni zamanda Bakıda keçirilən Formula 1 yarışları dünyanın 100-dən çox ölkəsinə canlı şəkildə yayımlanacaq. Bu da ölkəmizin dünyanın hər yerində təbliğ edilməsi, milyonlarla insanın zəngin mədəniyyətimizlə tanış olması deməkdir. Öz növbəmizdə “Oxu məni” qəzeti adından yarış iştirakçılarına uğurlar arzulayırıq. Əminik ki, 2016-2017-ci illərdə olduğu kimi, bu dəfə də Formula 1 yarışları ən yüksək səviyyədə keçirilərək Azərbaycanımızın bütün dünyada tanıdılması, təbliği istiqamətində  irəliyə doğru atılan möhtəşəm bir addım olacaq.

Eyni zamanda Oxu məni qəzeti Formula 1 yarışlarının  çempionları ilə bağlı yazının sonuncü hissəsini oxucularına təqdim edir:

 

Deymon Hill

 Formula 1 yarışlarının çempionu tituluna yiyələnən  və bununla da adını bu oyunların tarixinə əbədi olaraq yazdıran dünya çempionlarından biri də ingitərəli avtopilot Deymon Qrem Devero Hilldir.1960-cı ildə London yaxınlığındaki Hempsteddə anadan olan Hill  uşaq yaşlarından bu oyunlara böyük həvəs göstərib və qısa müddətdə ölkəsində keçirilən əksər yarışların qalibi olub. Ötən əsrin 90-cı illərində Hill dünyanın ən məşhur avtopilotlarından biri hesab edilirdi.  1993-cü ildə Formula 1 yarışlarında 3-cü yeri tutan Hill 1994-1995-ci illərdə son anda qələbəni əldən verərək iki dəfə ikinci yerlə kifayətlənməli oldu. Bununla belə 1996-cı ildə Hill Formula 1 yarışları üzrə dünya çempionu tituluna yiyələnə bildi. Amma bundan sonrakı illərdə o bu uğurunu davam etdirə bilmədi.

 

Jak Jozef Şarl Vilnev

Formula 1 yarışları üzrə dünya çempionu titulunu qazanan avtopilotlardan biri də Jak Jozef Şarl Vilnevdır. 1971-ci il aprel ayının 9-da Kanadanın Kvebek əyalətindəki Sen Jan-syur-Rişelye adlı yaşayış məntəqəsində anadan olan Jak Vilnevin atası  Jil Vilnev də peşəkar avtopilotlardan hesab edilirdi. O 1982-ci ildə keçirilən Formula 1 yarışlarında faciəli şəkildə dünyasını dəyişmişdi. Buna baxmayaraq atasının yolunu davam etdirən Jak 1997-ci ildə keçirilən Formula 1 yarışlarında dünya çempionu titulunu qazandı. O bununla da Formula 1 yarışları üzrə dünya çempionu olan ilk kanadalı oldu.

 

Mika Pauli Hakkinen

Formula 1 yarışları üzrə ikiqat dünya çempionu olan Mika Pauli Hakkinen 1968-ci ildə dünyada avtoidman yarışları üzrə demək olar bir o qədər də tanınmayan Finlandiyada anadan olub. Uşaq yaşlarından avtoidman yarışları ilə ciddi şəkildə məşğul olmağa başlayan Mika Hakkinen qısa müddətdə yerli yarışların qalibi olaraq istedadlı avtopilot kimi  mütəxəssislərin diqqətini özünə cəlb edir. 1991-ci ildən Formula 1 yarışları üzrə dünya çempionatlarında iştirak etməyə başlayan Hakkinen dəfələrlə qələbəyə yaxın olur. 1995-ci ildə isə Formula 1 yarışlarında qəza keçirərək  başından zədə alan Hakkinen bir müddət koma vəziyyətində qalır. Lakin o obrazlı şəkildə desək ölümə qalib gələ və yarışlarda iştirakını davam etdirə bilir. Nəticədə istedadlı avtopilot 1998 və 1999-cu illərdə ardıcıl iki dəfə dünya çempionu titulunu qazanır. Bundan sonra uğur əldə edə bilməyən Hakkinen 2007-ci ildə Formula 1 yarışlarında çıxışını dayandırır.

 

Fernando Alonso Dias

Formula 1 yarışlarında istedadlı avtopilotlardan biri kimi özünəməxsus şərəfli bir iz buraxan avtopilotlardan biri də Formula 1yarışları üzrə ikiqat dünya çempionu ispaniyalı Fernando Alonso Diasdır. 1981-ci il iyul ayının 29-da İspaniyanın Asturiya əyalətinin Ovyedo şəhərində anadan olan Fernando Alonso Dias qısa müddətdə özünü istedadlı avtopilot kimi sübuta yetirə bildi. Formula 1 yarışlarında iştirak etməyə başladığı ilk illərdən güclü rəqibləri ilə cəsarətlə mübarizə aparan ispaniyalı inamla zirvəyə doğru irəliləməyə başladı. Nəticədə 2005 və 2006-cı illərdə Fernando Alonso o dövrdə dünya avtoidman yarışlarının şəksiz lideri olan  Mixael Şumaxerlə mübarizədə qalib gələrək ikiqat dünya çempionu titulunu qazandı. Sonrakı illərdə isə belə demək mümkünsə bəxt ondan üz döndərdi və o bir daha uğurunu davam etdirə bilmədi. Bununla belə Fernando Alonso Dias 2010, 2012 və 2013-cü illərdə 3 dəfə Formula 1 yarışlarında ikinci yeri tutdu.

Kimi Matias Raykkonen

Formula 1 yarışları üzrə dünya çempionu titulunu qazanan Kimi Matias Raykkonen1979-cu il oktyabr ayının17-də Finlandiyanın cənubundakı Estpoo şəhərində anadan olub. O da digər Formula 1 yarışları üzrə dünya çempionları kimi uşaqlıqdan avtoidman yarışlarına böyük həvəsi ilə seçilirdi. Qısa müddətdə özünün istedadını nümayiş etdirməyi bacaran Raykkonen 2003-və 2005-ci ildə iki dəfə bu yarışları ikinci yerdə başa vurdu. 2007-ci ildə isə Formula 1 yarışları üzrə dünya çempionu titulunu qazana bildi. Amma sonrakı illərdə bu uğurunu təkrar edə bilməyən Kimi Matias Raykkonen 2008 və 2012-ci illərdə Formula 1 yarışlarında  3-cü yerlə kifayətlənməli oldu.

 

Luis Karl Hamilton

Formula 1 yarışlarında 4 dəfə dünya çempionu olmağı bacaran avtopilotlardan biri də ingiltərəli Luis Karl Hamiltondur 1985-ci il yanvar ayının 17-də anadan olan Hamilton günümüzdə dünyanın ən güclü avtopilotlarından biri hesab edilir.  Formula 1 yarışları üzrə ilk dəfə dünya çempionu titulunu 2008-ci ildə qazanan Luis Hamilton bundan sonra bir müddət uğursuzluqla üzləşdi. Buna baxmayaraq özündə güc tapa bilən Hamilton 2014, 2015 və 2017-ci illərdə yenidən bu titulu qazana bildi. Bununla da o 4 qat dünya çempionu oldu. Builki Formula 1 yarışlarında da Hamilton qələbəyə əsas namizədlərdən biri hesab edilir.

 

Jenson Batton

Jenson Aleksandr Layons Batton 1980-ci ildə İngiltərədə anadan olub. 2009-cu ildə keçirilənFormula 1 yarışlarının qalibi olub.

 

Sebastyan Fettel

1987-ci ildə Almaniyada anadan olan Sebastyan  Fettel 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq 4 dəfə Formula 1 yarışları üzrə dünya çempionu olub. O çox gənc yaşlarında 4 dəfə dünya çempionu olan yeganə avtopilotdur

Niko Erik Rosberq

Niko Erik Rosberq1985-ci ildə Almaniyada anadan olub. O 1982-ci ildə Formula 1 yarışları üzrə dünya çempionu olan Keke Rosberqin oğludur. Atasının yolunu uğurla davam etdirən Niko Rosberq 2016-cı ildə Formula 1 yarışları üzrə dünya çempionu olub. Bundan əlavə Rosberq 2014-2015-ci illərdə Formula 1 yarışlarında ikinci yeri tutub.

 

 

 

BIR CAVAB BURAXIN