Bakı-Sumqayıt yolunun Masazır qəsəbəsindən keçən hissəsində hərəkət hər iki istiqamətə məhdudlaşdırılıb. Buna səbəb həmin ərazidə yerüstü piyada keçidinin inşasıdır. Tikintini aparan şirkət yolun açılacağı zamanı açıqlayıb.
Bakı-Sumqayıt yolu boyunca uzun tıxac yaranıb, avtomobillər addım-addım hərəkət edir. Görüntülər Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalından Xırdalan dairəsinə qədər olan hissəsindəndir. Buna səbəb Bakı-Sumqayıt yolunun səhər saatlarından bağlanmasıdır.
Ərazidə tikintinin həyata keçirən şirkətin rəhbəri bildirir ki, yolu tez açılması üçün işlər bütün sürəti ilə davam etdirilir.
Bakı-Sumqayıt şossesindən istifadə edən minlərlə sürücünü isə hazırda bir sual maraqlandırır. Yolda hərəkət nə vaxt bərpa olunacaq?
Onu da qeyd edək ki, sabah səhər saatlarına qədər Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər Xırdalan dairəsindən Masazır dairəsinə qədər olan hissəsədən istifadə edə bilməyəcəklər. Buna görə həmin istiqamətə hərəkət edən sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyyə olunur.