Bakı Muhəndislik Universiteti ilk üç universitet arasında yer aldı  

0
674

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib.Arazinfo-com-a BMU mətbuat xidmətuindən verilən məlumata görə, seminarda Təhsil Nazirliyinin nümayə ndələri, media kapitanları,təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika barədə məlumat verilməsi və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsi olub.Seminarda “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev  son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb.  Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub.“Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi  Aygün  Babazadə qeyd edib ki, 2015-ci ilin dekabr ayından dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıq nəticəsində Azərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrinin  bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub. “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə dedi ki nəşr aktivliyinə görə BMU ən yaxşı 3 universitet arasında yer alib. O 2017 ci ildə “Web of Science”platformundə nəşr aktivliyinə görə birinci yerdə Bakı Dövlət Universiteti ikinci yerdə Azərbaycan Neft və Sənayə Universiteti və üçüncü yerdə Bakı Muhəndislik Universiteti oldugunu qeyd etdi.  Nəzərə alsaq ki, BMU 2017-ci ildə fəaliyyətə başlayıb və ilk ilində üçlüyə daxil olması yüksək göstəricidir.”2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov da  impakt faktorlu jurnallarda çap olunan məqalələrin ölkəmiz üçün  əhəmiyyətindən danışıb.

BIR CAVAB BURAXIN