BAKI İSTİNTAQ TƏCRİDXANASINDA QİYAM? – “Təcridxanaya qoşun yeridiliıb”

0
695

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq saxlanılan məhbusların qiyam etməsi barədə xəbər yayılıb. Gununsesi.info-nun sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, saxlandıqları kameraları tpikləyən məhbuslar əməkdaşlarn tələblərinə əməl etməyiblər. Nəticədə PX-in Xüsusi Təyinatlı Bölüyü həbsxanaya hücum edib.
Qiyama səbəb, isə onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.
Bundan başqa Bakı İstintaq Təcrdixanasında telefon danışıqları, görüşlər də rüşvətlə baş tutur.
Olayla bağlı hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək cəhdimiz baş tutmayıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, yayıklan məlumat yalandı: “Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir”.

Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaq məqsədi daşıdığını bildirir.

Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında “Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”,-deyə açıqlamada vurğulanıb.

BIR CAVAB BURAXIN