Bakı Ermənistanı məhv edəcək silah alır

0
611

11

Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixində Azərbaycana rəsmi səfərə gələcək.

Publika.az xəbər verir ki, səfərin proqramı hələlik açıqlanmayıb. Lakin Belarus liderinin Bakı səfərindən öncə noyabrın 22-də Moskvaya səfər etməsi diqqət çəkir. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-də Minskə səfər etdi. Məhz Lukaşenkonun Ərdoğan və Putinlə görüşdən sonra Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcəyi maraqlıdır.

Belarus mediası Lukaşenkonu Bakıya gətirən səbəblərin müxtəlif olduğunu yazıb.

Birincisi, Dağlıq Qarabağdır. Hansı ki, Lukaşenko dəfələrlə münaqişə tərəfləri arasında xüsusi vasitəçi ola biləcəyini bəyan edib.

İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. 2017-ci ildə KTMT-yə Belarus rəhbərlik edəcək. Qurumun İrəvanda keçirilən iclasında Lukaşenko açıq şəkildə bildirdi ki, o, KTMT-nin fəaliyyətlərinə yeniliklər gətirəcək. Hesab olunur ki, Luşaenko İlham Əliyevlə bu məsələləri də müzakirə edə bilər. Məqsəd KTMT-yə sədrliyi dövründə Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olmaqdır.

Üçüncüsü, hərbi-texniki əməkdaşlıq. Hesab olunur ki, Lukaşenko Əliyevlə silah satışı məsələsini danışacaq. Belarusun hərbi sənayesi inkişaf edib və orada mütləq Azərbaycanı maraqlandıran nəsə olmamış deyil. Həmçinin, “Polonez” raket kompleksi Bakının marağında ola bilər. Rusiyanın Ermənistana “İsgəndər”lər verməsi fonunda Minskin bu addımı da diqqətdən yayınmır.

Təbii ki, bütün bunlarla yanaşı, səfər zamanı Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı əsas prioritet istiqamət olacaq.

BIR CAVAB BURAXIN