Bakı ermənisi azərbaycanlı iş adamlarının qətlini sifariş verir

0
625

Ukraynada azərbaycanlı iş adamlarının oğurlanması və öldürülməsinin arxasında bu ölkənin daxili işlər naziri Arsen Avakov dayanır.

xəbər verir ki, bu barədə məlumatı NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Ukraynada azərbaycanlı iş adamlarına qarşı repressiya tətbiq olunur:

“Azərbaycanlı iş adamları oğurlanır, onların biznes dairələrinə hücumlar edilir, öldürülür, Azərbaycan restoranları yandırılır. Bütün bunların arxasında daxili işlər naziri Arkov dayanır. Arsen Arkov erməni əsillidir”.

F.Məmmədov qeyd edib ki, azərbaycanlılar bu repressiyalara etiraz olaraq Kiyevdə mitinq keçirəcəklər.

Qeyd edək ki, A. Arsen Bakı ermənisidir. O, 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır. 1988-ci ildə Xarkov Politexnik İnstitutunu bitirib. Xarkovda bacarıqlı iş adamı kimi tanınıb. Ticarət, inşaat, ərzaq məhsulları istehlakçısı kimi məşhurdur. 1992-ci ildə onun rəhbərliyi ilə “Bazis” bankı yaradılıb. 2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə Viktor Yuşşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının rəhbərinin müavini olub. A.Avakov 2004-cü il seçkilərində V.Yuşşenkonun qızğın tərəfdarı olub. 2010-cu il  prezident seçkilərinin ikinci turunda Yuliya Timoşenkonu müdafiə edib.

2008-ci ildə 130 ən varlı ukraynalı siyahısında 67-ci yeri tutub. Məlumatlara görə, A.Avakov 385 milyon dollarlıq sərvətə malikdir. A. Avakov Viktor Yuşşenkonun kadrı hesab olunur və onu yaxın qohumları ilə biznes əlaqələrinə malikdir. 2012-ci ildə ona cinayət işi açılıb. Lakin Arkov xaricə qaçaraq, 2014-cü ilə qədər İtaliyada yaşayıb. “Maydan” hadisələrindən sonra Ukraynaya qayıdıb. Pyotor Poroşenkonun hakimiyyətində daxili işlər naziri vəzifəsini icra edir. Avakovun homoseksual olması haqqında məlumatlar da Ukrayna mediasında yayılıb. O, yeni hökumətdə demək olar ki, hər kəslə, xüsusilə də Odessanın meri təyin olunan Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili ilə qarşıdurma yaşayır.

Son vaxtlar Ukraynadakı azərbaycanlı iş adamlarının qəddarlıqla öldürülməsi, oğurlanaraq yoxa çıxması kimi hallar artıb. Məlumatlar göstərir ki, bütün bunların sifarişçisi erməni əsilli nazirdir.

Admiral.Az

BIR CAVAB BURAXIN