“Bakcell”in fırıldaqları davam edir, buna son qoyan olacaqmı?

0
910
“Bakcell Telekom” MMC müştərilərinin cibinə girməkdə davam edir

Sözügedən mobil operator əvvəlcədən müştərilərin internet paketinin yenilənməsi üçün balansından əvvəlcədən müəyyən olunmuş vəsaiti alır (məsələn, 500 MB – 3 manat). Sonra isə alınan vəsaitə uyğun olaraq internet paketini müştəriyə təqdim edir. Sonra isə müştərinin mobil telefonuna paketin deaktivizasiya edilməsi barədə SMS göndərilir. Elə problemlər də bundan sonra başlayır. Müştərinin mobil telefonuna gündəlik 25 meqabaytlıq internet paketi təklifi gəlir. Aldığı paketi geri tələb edən müştəri isə bu paketdən imtina edir (bir çox hallarda). Bir neçə saat sonra isə müştərinin mobil telefonundakı balans sıfırlanır.

Belə ki, sözügedən mobil operator müştərilərin internet paketini ləğv edərək internetdə istifadə olunan hər 1 MB üçün 0,35 manat müştərinin balansından pul silir. Bunu isə müştərinin xəbəri olmadan həyata keçirir.

“Ölkə.Az” məsələ ilə bağlı mobil operatorun müştəri xidmətləri ilə əlaqə saxlayıb. Müştəri xidmətlərinin sözlərinə görə, gün ərzində “Bakcell Telekom” MMC şirkətində texniki yanlışlıqlardan dolayı yüzlərlə insan hazırki vəziyyətdədir.

Yəni, sözügedən şirkət əvvəlcədən 500 MB internet paketi üçün balansdan 3 manat pul silir. Sonra 500 MB internet paketini ləğv edir. Bundan sonra müştəriyə 25 MB internet paketi verir. Bu paket bitdikdən sonra isə hər 1 MB üçün balansdan müştərinin xəbəri olmadan 0,35 manat silir. “Bakcell Telekom” MMC -nin müştəri xidmətlərinə istinadən bildirə bilərik ki, sözügedən şirkət gün ərzində müştərilərin cibindən minlərlə manatın oğurlanması deməkdir.

Qeyd edək ki, mobil operatorun “Gün ərzində 4 rəqəmli nömrədən sizə zəng olunaraq probleminiz öz həllini tapacaq” vədi də yalan çıxıb.

BIR CAVAB BURAXIN