“AKP ilə PKK-nı gizli-gizli küncdə görüşərkən tutsaq, dünyanı başlarına yıxarıq”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının həftəlik qrup toplantısında deyib.
Ədalət və İnkişaf Partiyasına (AKP) xəbərdarlıq edən Bağçalı AKP-nin PKK ilə masaya oturmaq üçün səbəb axtardığını bildirib.
MHP sədri AKP-nin bildirdiyi kimi iqtisadiyyatın böyümədiyini, böyümənin iqtisadiyyatda deyil, əxlaqsızlıqda olduğunu qeyd edib.