Bərpaolunan enerji mənbələrinin böyük potensialı var

0
1994

Bərpaolunan enerji mənbələrinin böyük potensialı var.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Respublikamızın iqlim ehtiyatları alternativ enerji mənbələrindən istifadəni əlçatan edir. Tükənən enerji resurslarının məhsuldarlığının yüksək olmasına baxmayaraq külək, günəş və geotermal enerji mənbələrindən istifadə diqqət mərkəzində olmuşdur. Külək enerjisi ancaq Xəzər dənizi ətrafı ərazilərdə istifadəsi mümkün olsa da ölkəmizin bütün regionlarında günəşli günlərin çoxluğu və relyef amilləri günəş enerjisindən istifadənin əlçatanlığını artırır. Yerin daxili enerjisindən istifadə də hazırda diqqət mərkəzindədir. Ölkəmiz bu istiqamətdə inamlı addımlar atılır. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və digər bazarlara da çıxacaq. Azərbaycanın güclü siyasi iradəsi və fəaliyyətinin uğurlu tarixi bunu deməyə əsas verir.

Tam əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri də eyni uğurla həyata keçəcəkdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Günay Şirinova