Bədənindəki taxta 63 il sonra tapıldı

0
658

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlayıblar.

Universiteetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professoru Məhəmməd Kərimov məlumat verib.  O, bildirib ki, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib: “Lakin son 20 ildir ki, xəstəni sol baldırda olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edirdi. Bununla əlaqədar müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müalicə alıb, hətta xəstəxanalarda stasionar müalicə də alıb, amma effekti olmayıb – xora bağlanmayıb”.

Bununla bağlı o ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinə müraciət edib. M. Kərimov müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetirib. Sonradan məhz bu detal xoranın bağlanmamasının sirrinin açılmasında həlledici rol oynayıb: “Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Biz bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik».

Əməliyyat zamanı doğrudan da xoraların dibində yad cismin olması təsdiqlənib. Məlum olub ki,  63 il əvvəl  – xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2sm) hələ də bədənində qalırmış.

Əməliyyatdan 1 həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

BIR CAVAB BURAXIN