AzTV sədrinə sui-qəsd edənlərin məhkəməsi başladı

0
638

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qocalı Cəbiyevə dövlət tərəfindən vəkil təyin edildiyi bildirilib. O vəkil istəmədiyini deyib:

“Mənə vəkil lazım deyil”.

Hakim deyib ki, vəkil təyinatı qanunvericiliyə uyğun təyin edilir və məcburidir.

Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəməsi barədə vəsatət verib. Məhkəmə onun vaxt istməsi barədə vəsatətini təmin etməyib.

Prosesdə zərərçəkmiş Arif Alışanov iştirak etməyib.

Proses martın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri Arif Alışanova qarşı sui-qəsd hazırlayıblar. Lakin niyyətlərini başa çatdıra bilməyiblər.

Şücayət Məmmədov Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.Axar.az




BIR CAVAB BURAXIN