AZAL-da dil biabırçılığı

0
687

AZAL-da əsl biyabırçılıq yaşanıb.

Baş vermiş utancverici hadisə ABŞ ordusunda hərbi vəzifədə işləyən həmvətənlimiz Nəimi Əmiralın vətənə geri dönüşü zamanı baş verib.

Nəimi bəy öz müsahibəsində deyib:

“Mənim övladım həm Azərbaycan,həm də İngilis dilində danışa bilir.Çalışıram ki,türk dünyasının liderlərinə qarşı onda sevgi aşılayım. Xüsusən xaricdəki uşaqlarımızın doğma dilimizi bilməsi önəmlidir. Lakin Azərbaycanda elə ailələr var ki,uşaqları Azərbaycan dilində danışa bilmirlər.Bu,məni çox narahat edir. Təyyarədə gələndə AZAL-ın işçiləri bizimlə rusca danışmasına təəccübləndik. Maraqlıdır ki,təyyarədə Bakı yəhudiləri də var idi. Onların Azərbaycan dilini unutmamasına sevinməmək olmurdu. Bizimlə Azərbaycan dilində danışır,milli kinolarımıza baxır,milli musiqimizi dinləyirdilər. Amma AZAL bizi rusca qarşıladı.”

Təsadüfi deyilki ictimai yerlərdə bəzən öz dilində danışanlara “yuxardan aşağı” baxılır.Bu millətə,dilə qarşı ən böyük hörmətsizlikdir.

Çalışaq ki,dilimizi qoruyaq.Çünki o,bizim tükənməz sərvətimizdir.

 

faktor.az(Şamxal)

BIR CAVAB BURAXIN