Azadlıq Radiosunun və ‘Amerikanın səsi’nin saytları bloklanıb?

0
686

11

Noyabrın 28-də axşam saatlarından Azərbaycanda “Amerikanın səsi” vəAzadlıq Radiosunun saytlarına daxil olmaq çətinləşib. Bu vəziyyət noyabrın 29-da da davam edib.

Axşamdan keçmiş saytlara daxil olmaq mümkün olsa da, səhər bu yenidən baş tutmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verənləri “Turan” Agentliyinə şərh etməyib. Nazirlik hər hansı izahat verməyib

Milli telekommunikasıya operatoru olan Delta Telekom şirkətindən də saytlara girişdə yaranan problemlər barədə rəy almaq mümkün olmayıb.

Azərbaycandan xaricdə sözü gedən saytlara girişdə problem yoxdur.

BIR CAVAB BURAXIN