Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu daha 7 kəndi terrorçulardan təmizləyib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının açıqlamasında bildirilir.
Məlumata görə, Türkiyə ordusu İŞİD terror qruplaşmasının mövqelərinə 99 zərbə endirib.
Qeyd edək ki, “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.