Azad Suriya Ordusu tərəfindən daha 10 kəndin terrorçulardan təmizlənib.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Suriyada koalisiya qüvvələrinə dəstək vermək məqsədi ilə başlayan “Fərat qalxanı” əməliyyatı çərçivəsində avqustun 24-dən indiyədək terrorçulardan ümumilikdə 400 kvadrat kilometr sahə təmizlənib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən icra olunan “Fərat qalxanı” əməliyyatına Suriyada koalisiya qüvvələri də dəstək verir.