“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Saatlıda quruldu-FOTO

0
1289

Saatlıda abonentlər problemlərini “Səyyar qəbul otağı”nda səsləndirdilər.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu həftəlik işini Saatlı rayonunda yekunlaşdırıb. “Səyyar qəbul otağı”nda ümumilikdə 12 müraciət dinlənilib. Mikrofon önündə çıxış edən Çoban Adıgözəlov, Elşad İsayev, Natiq Cavadov, Mürşüd Zamanov və Nicat İsgəndərov fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Görüşdə səsləndirilən digər müraciətlər isə Nərimankənd, Dəlilər, Mircəlalkənd və Hacıqasımlı kəndlərinin qazlaşdırılmasından ibarət olub. Bundan başqa bəzi sakinlər fərdi yaşayış evlərinin qazlaşdırılması və sayğac ilə təmin edilməsi barədə köməklik göstərilməsini istəyiblər. Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

image-img-20220916-wa0064 image-img-20220916-wa0067 image-img-20220916-wa0066 image-img-20220916-wa0065