Azərbaycanlılar etiraza qalxdı, polis qadağa qoydu

0
574

İraqda parlament seçkisi start götürüb.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, 24 milyon seçicinin səsi uğrunda 200-dən çox siyasi partiyanın birləşməsindən yaranmış 29 blok mübarizə aparır. 329 deputat yeri üçün 7 min namizəd yarışır.

Qeyd edək ki, İraqda son parlament seçkisi 2014-cü ildə keçirilib.

Seçkidə əsas mübarizənin iki blok arasında aparılacağı güman olunur. Bunlardan biri Nəsr Koalisiyası, digəri isə Fəth Alyansıdır. Birinci bloka baş nazir Heydər Abadi rəhbərlik edir və buraya bir sıra nüfuzlu şiə xadimləri də daxildir. Blok tərkibində sünniləri də cəmləyib. Blok keçmiş müdafiə naziri və sünni icmasının nüfuzlu lideri Xalid əl-Obeydini də yanına çəkə bilib.

Fəth Alyansı isə daha çox şiələri ətrafında toplamağa diqqət yetirib. Bu blokun tərkibində həmçinin İran Ali İslam Şurasının bəzi nümayəndələri də cəmləşib.

Parlamentdə üstünlüyə həmçinin Qanun Dövləti Bloku da iddia edir. Bu bloka keçmiş baş nazir Nuri əl-Maliki rəhbərlik edir.

Türkmanlar isə indiki seçkiyə daha aktiv formada qoşulmağa çalışırlar. İraq Türkman Cəbhəsi artıq bir neçə aydır xırda partiyaları öz ətrafında toplayır. Türkmanların hədəfi seçkidə ən azı 10 yer əldə etməkdir.

***

İŞİD terror təşkilatı Kərkük vilayətində polis postuna hücum edib.

Bu barədə informasiyanı “Sumariya” televiziyası yayıb. Hücum nəticəsində 6 nəfər ölüb.

Televiziya həlak olanların əsasən, polislər olduğunu yazıb.

***

İraqda parlament seçkiləri üçün səsvermə müddəti başa çatıb.

Seçkilər zamanı təhlükəsizlik əməkdaşlarına qarşı həyata keçirilən 2-ci bombalı hücum nəticəsində 3 nəfər – 2 seçici, bir müşahidəçi – həlak olub. Sözügedən teraktın məsuliyyətini İŞİD öz üzərinə götürüb.

ABŞ Dövlət katibi Mayk Pompeo İŞİD-ə qarşı qələbədən bir il sonra ilk dəfə parlament seçkisi keçirən İraqı təbrik edib.

Qeyd edək ki, ötən gün İraqda baş verən hücumlar nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

***

İraqın Kərkük şəhərində türkmanlar parlament seçkiləri zamanı saxtakarlığa yol verilməsinə etiraz edib.

Türkmanlar bölgələrdə verdikləri səslərin kürd partiyalarına yönləndirildiyini söyləyib. Türkman etirazçılar Bağdad rəhbərliyinin vəziyyətə müdaxilə etməsini istəyib.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehinin seçkilərdə saxtakarlıq iddiaları ilə bağlı Kərkük və Bağdad rəhbərliyi ilə əlaqə saxladığı bildirilib.

Etirazlardan sonra Kərkükdə gecə saatlarına küçəyə çıxmaq qadağan edilib.

BIR CAVAB BURAXIN