Türkiyənin məşhur “O səs Türkiyə” müsabiqəsinə daha bir azərbaycanlı iştirakçı qatılıb. Lent.az-ın məlumatına görə, Nəzrin Əfəndizadə adlı qız səhnəyə çıxaraq, “Back to black” mahnısını səsləndirib. Onun ifası münsiflərdən Hadisə və Murad Bozun ürəyincə olub. Münsiflər N.Əfəndizadənin gözəlliyinə heyran qaldıqlarını vurğulayıblar. Azərbaycanlı iştirakçı sonda Hadisənin komandasında yarışmaq istədiyini dilə gətirib.
https://www.youtube.com/embed/f4lVHhkj-CI?ecver=2